Pleyeri seçin:

Müğənninin qətlindən tükürpədici detallar

31 yanvar 2024 379 baxış

Tanınmış müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəsatəti qismən təmin edərək media nümayəndələrinin proses zamanı videoçəkiliş aparmamaları barədə qərar qəbul edib.

Hakim ittiham aktını elan edərək törətdiyi əmələ görə müttəhimin 14 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum oluna biləcəyini xatırladıb.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında həyat yoldaşı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxarkən həmin telefonun “Whatsapp” proqramında "Ədiş qurban", "İbo DTV" və digər adlarla qeyd etdiyi şəxslərlə münasibətdə olduğuna dair qarşılıqlı mesajlar aşkar edib.

Daha sonra təqsirləndirilən şəxs 2023-cü il oktyabrın 16-sı saat 13 radələrində Yaquta həmin "Ədiş" adlı şəxslə danışmamağı tələb edib. Yaqut Həşimova isə iradları qəbul etməyərək onun işlərinə qarışmamasını istəyib.

Aralarında baş vermiş mübahisə zamanı Anar Həşimov qısqanclıq zəminində mənzilin yataq otağında olan bakalı götürərək əzab və işgəncə verməklə, xüsusi amansızlıqla həyat yoldaşının baş nahiyəsindən 2 dəfə vurub.

Daha sonra təqsirləndirilən şəxs küncə çəkilərək dönə-dönə aman diləyən Yaqut Həşimovanın yalvarışlarına baxmayaraq, onun qarın nahiyəsindən bıçaqla vurub. O, eyni zamanda Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla boğaz, döş qəfəsi, qarın və digər nahiyələrinə zərbələr endirib.

Bundan sonra təqsirləndirilən şəxs otaqda çarpayının üzərinə oturaraq, təqribən 10 dəqiqə ərzində qurbanının qan itirməklə ağrı və əzab içində can verməsini rəhmsizliklə izləyib və onun ölümünü gözləyib. Yaqut Həşimova daxili və xarici qanaxma səbəbindən hadisə yerində keçinib.

Qətli törətməkdə şübhəli bilinən Anar Həşimov saxlanılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 sentyabr 2026 379 baxış
Seçilmişlər
icon