Pleyeri seçin:

Müştəri "gəzən reklam"a dönür? - "Nə deyirlərsə, onu edirik, turist görəndə deyir ki..." - Baku TV

21 avqust 2026 269 baxış

Mağazadan məhsul alan istehlakçıya üzərində brend loqosu olan polietilen torba təklif edilir və bunun üçün ayrıca ödəniş alınır.

Bəs həmin torbalarla küçədə, metroda və digər ictimai məkanlarda hərəkət edən alıcı faktiki olaraq mağazanın reklamını etmiş olurmu?

Marketoloq Laura Seyidbəyovanın sözlərinə görə, üzərində loqo olan paket marketinq baxımından təkcə qablaşdırma vasitəsi deyil, həm də brend kommunikasiyasının elementidir. İstehlakçı həmin torba ilə ictimai məkanlarda hərəkət etdikcə mağazanın adı daha çox insanın diqqətinə çatır və bu, brend tanınırlığının artmasına töhfə verir.

Bununla belə, marketoloq vurğulayır ki, alıcı reklam xidməti göstərmir və mağaza ilə bu barədə hər hansı razılaşması yoxdur. Reklam effekti yalnız məhsulun loqolu qablaşdırmada daşınmasının əlavə nəticəsi kimi yaranır. Bu səbəbdən istehlakçının funksional olaraq mobil reklam daşıyıcısına çevrildiyini demək mümkün olsa da, bu, məcburi deyil, könüllü baş verən prosesdir.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi, eləcə də işlərin görülməsi zamanı istehlakçılar tərəfindən malların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir.

Qurumun açıqlamasına görə, Azərbaycanda fəaliyyət göstərən istənilən sahibkarlıq subyekti mövcud qanunvericiliyin tələblərinə əməl etməklə öz adından istifadə edərək polietilen torbalarda reklam yerləşdirə bilər. İstehlakçı isə polietilen torbalardan istifadə edib-etməməkdə sərbəstdir.

Agentlikdən əlavə edilib ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanuna əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin ölkə ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ var.

Kopyalandı
Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 269 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 269 baxış
Seçilmişlər
icon