Pleyeri seçin:
Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
6-cı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 9-cu sessiyası çağırılıb.
Bu barədə qərarı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb. Sənədə əsasən, 9-cu sessiya 2023-cü il yanvarın 10-u, saat 11-də Naxçıvan şəhərində çağırılacaq.
Sessiyada 2022-ci ildə Naxçıvanın sosial-iqtisadi inkişafının yekunlarının müzakirəsi, həmçinin 2023-cü il üçün Naxçıvan büdcəsinin, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun büdcələrinin təsdiq edilməsi nəzərdə tutulur.
Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
Kopyalandı
#Naxçıvan Ali Məclisi teqi istifadə olunub
- Naxçıvan Ali Məclis sədrinin səlahiyyətlərini kim icra edəcək?
- Mənim də canım Vətənə fəda olsun | Deputat seçilən şəhid anasından duyğulandıran sözlər
- Naxçıvanda aktivlik müşahidə olunur | Seçki prosesi davam edir
- Naxçıvan Ali Məclisinə seçkilər bu tarixdə keçiriləcək | Anar İbrahimovdan sərəncam
- Naxçıvanda bu nazirliyə təyinat | Anar İbrahimov qərar imzaladı
