Cəmiyyət
Pleyeri seçin:
Naxçıvanda başlayan axtarışlar nəticəsini verdi
Naxçıvan şəhərində yerləşən qədim yaşayış məskəni Tumbultəpədə Son Eneolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkar olunub.
Araşdırmalar zamanı keramika nümunələri, obsidian alətlər, dördkünc formalı arxitektura qalıqları aşkar olunub və bu nümunələr eradan əvvəl IV minilliyin əvvəllərinə aid edilir.
Mütəxəssislərin fikrinə görə, bu tapıntılar indiyədək ölkə ərazisində mövcud olan Ovçular təpəsi və Leylatəpə mədəniyyətləri arasında əlaqələrin öyrənilməsinə imkan verəcək.
Kopyalandı
Seçilmişlər