Pleyeri seçin:
Naxçıvanın keçmiş rəhbəri vəfat etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun illər rəhbər vəzifələrdə çalışan, eləcə də Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən İmran Mehdiyev vəfat edib.
O, 87 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. İmran Mehdiyev iqtisad elmləri doktoru idi.
Qeyd edək ki, o, 1976-1979-cu illərdə Naxçıvanın Nazirlər Soveti sədrinin birinci müavini, 1979-1982-ci illərdə isə sədri vəzifələrində çalışıb. Daha sonra bir sıra yüksək vəzifələri, həmçinin İsmayıllı rayon komitəsinin birinci katibi olan İ.Mehdiyev müstəqillik illərində sənaye və tikinti materialları nazirinin birinci müavini postunu icra edib.
Kopyalandı
