Nazir BDU-da aşkarlanan nöqsanlarla bağlı açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı nöqsanlarla bağlı bir neçə izahat alınıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib.
O qeyd edib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır:
“Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır”.
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
