Nazirlər Kabinetindən sosial yardımla bağlı dəyişiklik
Yeniliklərdən dərhal xəbərdar olun
Ünvanlı sosial yardım almaq asanlaşır.
Nazirlər Kabinetinin etdiyi dəyişikliklərə görə, ailə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə üç və daha çox uşaq, yaxud birinci, ikinci qrup əlilliyi olan şəxs varsa, yardım üçün təkrar müraciət edildikdə onların maddi-məişət şəraiti yoxlanılmayacaq.
Eyni zamanda artıq ailə tərkibində yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hal baş verdikdə ödənişin verilməsi kəsilməyəcək. Həmçinin ailənin gəlirlərində dəyişiklik olarsa, elektron sistem tərəfindən 15 gün ərzində onun yardım almaq hüququna yenidən baxılacaq.
Qeyd edək ki, 2006-cı ildən verilməsinə başlanılan sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği hazırda 478 manatdır. 300 minə yaxın şəxs bu yardımla əhatə olunub.
#Azərbaycan Respublikasının Nazirlər Kabineti teqi istifadə olunub
- Azərbaycanda nikahdan əvvəl yaradılan ittifaqlar bu kateqoriyaya aid ediləcək - 24 SAAT
- Məktəblərdə müəllimlərin geyimi üçün yeni işgüzar tələblər müəyyənləşdirildi
- Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI
- Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
