Pleyeri seçin:
Nazirlik plastik cərrahlarla bağlı hərəkətə keçdi | Yoxlanılma başladı
"Plastik cərrahlarla bağlı yaradılmış Təftiş Komissiyasının işi aprel ayının əvvəlində başa çatacaq".
Bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.
Nazir qeyd edib ki, artıq Komissiyanın doqquz iclası olub.
"Plastik cərrahlarla bağlı yaradılmış Təftiş Komissiyasına sənədlərini təqdim etmiş mütəxəssislərin əksəriyyəti ilə görüşlər keçirilib. Onların sənədləri təftiş olunub. Komissiyanın işi başa çatdıqdan sonra Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayacaq", – deyə T.Musayev əlavə edib.
Kopyalandı
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
