Pleyeri seçin:

Niyə bəziləri ağ-qara, digərləri rəngli yuxu görürlər?

17 avqust 2026 20 baxış

Ağ-qara yuxu görmək hər hansı bir xəstəlik və ya təhlükə siqnalı deyil, tamamilə normal hal hesab olunur.

Bu barədə həkim-psixiatr Anton Şestakov məlumat verib.

"Ümumiyyətlə, yuxuda rəng anlayışı düşündüyümüzdən daha az sabit olan bir detaldır. Gecə saatlarında beyin ənənəvi mənada "kino çəkmir" – o, xatirələrdən və duyğulardan ibarət obrazları bir araya gətirir. Bu zaman rəng tonu əksər hallarda ikinci dərəcəli detal kimi çıxış edir. Məhz bu səbəbdən bir çox insan yuxudan oyandıqdan sonra gördüyü yuxunun rəngli olub-olmadığını xatırlaya bilmir. Bu isə tamamilə normaldır", – deyə mütəxəssis izah edib.

Həkimin sözlərinə görə, reallıqda gördüklərimiz yuxuların rəng palitrasına əhəmiyyətli dərəcədə təsir göstərir. Ağ-qara ekran qarşısında böyüyənlər adətən belə yuxular görürlər. Uşaqlıqdan rəngli təsvirlərlə əhatə olunan şəxslər isə demək olar ki, həmişə rəngli yuxular görürlər. Yəni yuxunun tonu hər hansı bir problemin siqnalından daha çox, bizim vizual təcrübəmizin əksidir.

"Burada önəmli olan rəngin özü deyil, onu əhatə edən amillərdir. Əgər insan yuxularının solğunlaşdığını, bozardığını görürsə və bu, onun real həyatında da sevinc hissinin azalması, hər şeyin maraqsız və darıxdırıcı görünməsi ilə müşayiət olunursa, belə hal artıq psixoloji vəziyyətə diqqət yetirmək üçün əsaslı səbəbdir", – deyə psixiatr qeyd edib.

Yuxu artıq dincəlməyə kömək etmirsə, təkrarlanan ağır yuxular insanı narahat edirsə, səhərlər yorğunluq, gündüzlər isə həftələrlə davam edən depressiv hal müşahidə olunursa, bu artıq narahatlıq doğuran əlamətlərdir. Əgər "rəngsiz" yuxulara bunlardan heç olmasa biri əlavə olunarsa, o zaman psixoterapevt, psixiatr və ya somnoloq kimi mütəxəssislərə müraciət etmək məsləhətdir.  

Kopyalandı
Xocəsəndə su böhranı | "Dəqiq məlumat verən yoxdur" | Sakinlər çıxış yolu axtarır - Baku TV

Xocəsəndə su böhranı | "Dəqiq məlumat verən yoxdur" | Sakinlər çıxış yolu axtarır - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
"Antisanitariya baş alıb gedir" | Sahibsiz qalan ərazi təhlükə mənbəyinə çevrilib - Baku TV

"Antisanitariya baş alıb gedir" | Sahibsiz qalan ərazi təhlükə mənbəyinə çevrilib - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
Pompeyin nəsli bu kənddə yaşayır? - 500 illik sirr: evin tavanında nələr yazılıb? - KƏNDİNƏ QAYIT

Pompeyin nəsli bu kənddə yaşayır? - 500 illik sirr: evin tavanında nələr yazılıb? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
16 avqust 2026 20 baxış
Meteoroloqlar açıqladı | Sabah havanın dəyişəcəyi gözlənilir - Baku TV

Meteoroloqlar açıqladı | Sabah havanın dəyişəcəyi gözlənilir - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
Lizinq şirkətindən 8 avtomobil alan şəxs aldadılıb? - Baku TV

Lizinq şirkətindən 8 avtomobil alan şəxs aldadılıb? - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
Binəqədi sakinləri niyə çıxarış ala bilmir? | MTK rəhbəri suallara nə cavab verdi? - Baku TV

Binəqədi sakinləri niyə çıxarış ala bilmir? | MTK rəhbəri suallara nə cavab verdi? - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
Oğuzda anadangəlmə fiziki məhdudiyyətli qızın ailəsi kömək istəyir - Baku TV

Oğuzda anadangəlmə fiziki məhdudiyyətli qızın ailəsi kömək istəyir - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
Oğuzda məhdudiyyətli qızın ailəsinin çarəsiz çağırışı - Baku TV CANLI

Oğuzda məhdudiyyətli qızın ailəsinin çarəsiz çağırışı - Baku TV CANLI

Cəmiyyət
16 avqust 2026 20 baxış
Maşın almaq istəyən vətəndaş aldadıldı? | Ekspert məsələni necə qiymətləndirdi? - Baku TV

Maşın almaq istəyən vətəndaş aldadıldı? | Ekspert məsələni necə qiymətləndirdi? - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
Xaricdən maşın almaq istədi, dələduzların qurbanı oldu - Baku TV

Xaricdən maşın almaq istədi, dələduzların qurbanı oldu - Baku TV

Cəmiyyət
16 avqust 2026 20 baxış
Seçilmişlər
icon