Pleyeri seçin:

Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib - Baku TV

18 mart 2026 512 baxış

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində baharın gəlişinin carçısı olan Novruz bayramı münasibətilə şənlik təşkil olunub.

Tədbir Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında keçirilib. Park ərazisi milli ornamentlər və Novruz atributları ilə bəzədilib. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Şənlikdə qonaqları Bahar qızı və “Dədə Qorqud” qarşılayıb. Ardınca ənənəvi bayram tonqalı alovlandırılıb. Milli geyimli qızlar və oğlanlar tonqal ətrafında dövrə vuraraq yallı gediblər. Tədbirdə milli adət-ənənələrimiz geniş təbliğ olunub, bayram xonçaları nümayiş etdirilib. Kosa və Keçəl personajları iştirakçılarla yumurta döyüşdürüb, uşaqlara bayram əhvali-ruhiyyəsi bəxş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri bayram münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və rifah arzulayıb.

El şənliyində bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş stendlər nümayiş etdirilib. İctimaiyyət nümayəndələri rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrində milli mətbəximizin ləziz təamlarından dadıblar.

Parkda idmançıların və pəhləvanların nümunəvi çıxışları maraqla qarşılanıb. Yerli mədəniyyət işçiləri tərəfindən hazırlanan geniş konsert proqramında xalq mahnıları, rəqslər və folklor nümunələri səsləndirilib.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 512 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 512 baxış
Seçilmişlər
icon