Obyektdəki güclü yanğının təfərrüatı | FHN-dən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb:
“Yanğın nəticəsində obyektin ərazisində hər mərtəbəsi 1873 kvadratmetr olan ikimərtəbəli mansard tipli binanın ikinci mərtəbəsində ümumi sahəsi 88 kvadratmetr olan otağın yanar konstruksiyaları 48 kvadratmetr sahədə, binanın dam örtüyü 1721 kvadratmetr sahədə və bitişik ümumi sahəsi 308 kvadratmetr olan talvarın yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub”.
#Yanğın hadisəsi teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı
- "Çox zəhmətkeş gəlin idi" | Tovuzdakı yanğının arxasında nə var? - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
