Oddan istifadə edərkən ehtiyatlı olun | FHN-dən təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.
Bildirilib ki, son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir.
“Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.
Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması səbəbindən yarandığı müəyyən edilib.
Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır”, – deyə müraciətdə qeyd olunub.
#Yanğın təhlükəsizliyi teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- FHN-in keçirdiyi yoxlama zamanı hoteldə hansı təhlükəli hallar üzə çıxdı? - Baku TV CANLI
- Fövqəladə Hallar Nazirliyi əhaliyə və fermerlərə müraciət edib - Baku TV
- Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur? | Ekspertlər nələri açıqladı? - Baku TV
