Pleyeri seçin:

Oğlum 1 yaşından qəhrəman idi | Şəhid tank komandiri Murad Nağıyevin anası

22 oktyabr 2024 137 baxış

Baku TV-də Vətən müharibəsi şəhidi Murad Nağıyev haqqında reportaj yayımlanıb.

44 günlük Vətən müharibəsi zamanı şəhid olan tank komandiri Murad Nağıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidin anası Xavər Məhəmmədi oğlu ilə bağlı xatirələrindən bəhs edərkən bildirib ki, Murad bağçada, məktəbdə nümunəvi şagird idi:

“Biz Bakıya gələndə Murad 10 aylıq idi. 9-cu mərtəbədə yaşayırdıq. Yağışlı bir gündə birdən gördüm ki, Murad yoxdur. Onu axtaranda həyətdə gölməçədə oynayarkən tapdıq. 10 aylıq uşaq doqquzmərtəbəni necə düşmüşdü. Elə o vaxtdan mənim balam qəhrəman imiş”.

Şəhidin anası oğlunun hərbini onun istəyi ilə seçdiyini deyib:

“Bir gün rayondan gələndə formada bir uşaq gördüm. Həmin vaxt Murad da yanımda idi. Dedim ki, bu uşağa forma nə qəşəng yaraşır. Sən demə, o vaxtdan Murad bunu beyninə qoyubmuş. Sonradan dedi ki, hərbiyə getmək həm öz istəyi idi, həm də mənim arzum idi. Mən o formanı bəyənmişdim deyə bu sahəni seçmişdi”.

Xavər Məhəmmədinin sözlərinə görə, oğlu hər zaman şəhid olacağını söyləyirdi:

“Axırıncı dəfə biz söhbət edəndə yenə dedi ki, şəhid olacağam. Mən də üstünə qışqırdım. Dedim ki, niyə elə deyirsən? Gülə-gülə dedi ki, sonum şəhidlikdir. Bu cür oğullar vermişik, görün, bu 4 ildə nələr çəkirik, o həsrətə necə dayanırıq. Halbuki 5 dəqiqə mən Muradsız dayana bilmirdim. Sevdiyi var idi, bu gün də yanımızdadır. Ürəyimdə qalan odur ki, kaş ailəsi olardı”. 

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 137 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 137 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 137 baxış
Seçilmişlər
icon