Pleyeri seçin:

Oğlum onu göylərə apardı | "Əfsanəvi tabor"un şəhidi Şəhriyar Quliyevin anası - ARZUNUN VAXTI

01 oktyabr 2024 233 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında müəllif və aparıcı Arzu Kəlbi Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin məzarını ziyarət edib.

O, məzarlıqda şəhidin anası Xalidə Quliyeva ilə həmsöhbət olub.

Müəllif bildirib ki, müharibənin yeni bitdiyi dövrdə ondan Sumqayıtda salfet satan oğlana yardım etməyi xahiş ediblər:

“Uşağın qaldığı yerə gedəndə gördüm ki, ora ev demək olmaz. Oğlan vaqona oxşayan yerdə anası və bacısı ilə birgə yaşayırdı. Anası dedi ki, oğlu küçələrdə salfet satanda onu bir oğlan görür. Ona “Mən istəmirəm ki, sən küçələrdə salfet satasan. Bundan sonra sənə dəstək olacağam” deyir”.

A.Kəlbinin sözlərinə görə, aradan uzun müddət keçəndən sonra oğlan gəlmir və uşaq təkrar salfet satmağa başlayır:

“Bir müddət sonra yaşadıqları yerin qapısı döyülür. Əlində aş qazanı ilə bir xanım gələrək deyir ki, sizə yardım edən mənim oğlum idi, şəhid oldu. Həmin oğlan 44 günlük Vətən müharibəsində döyüşən, canını və qanını fəda edən xüsusi təyinatlı şəhid Şəhriyar Quliyev idi”.

Şəhidin anası Xalidə Quliyeva bildirib ki, oğlu ailəyə çoxlu yardımlar edib:

“Hər maaşını alanda oğlum həmin uşağın yanına gedirdi. Oğlan oğlumu necə qucaqlayırdısa, sanki doğma atasına sarılırdı. 2 ildən çox müddət ərzində oğlum ailəyə yardımlar etdi. Sonra da özü şəhid oldu”.

X.Quliyevanın oğlu şəhid olandan sonra da sözügedən ailəyə dəstəyi davam edib.

“Hər dəfə tədbirlər olanda həmin oğlan da gəlir, iştirak edirdi. Son zamanlar isə gördüm ki, daha gəlmir. Mən də onlara getdim. Gördüm ki, uşaq xəstədir, ayaqları tutulub yeriyə bilmir. Yenə də ona yardım etdik. Sonra bir gün eşitdik ki, oğlan vəfat edib.

Dəfninə getdik, anası uşağı həyatda saxlaya bilmədiyini dedi. Şəhriyar gördü ki, o oğlan yenə də əziyyət çəkir, ruhu onu göylərə apardı. Bəlkə də o, indi Şəhriyarın yanındadır”, – deyə şəhid anası qeyd edib.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 233 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 233 baxış
Seçilmişlər
icon