Oğuzda dolu və leysan fəsadlar törədib
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuzun Xalxal kəndinə düşən dolu, daha sonra yağan güclü leysan yağışı vətəndaşların təsərrüfatına xeyli ziyan vurub. Evlərin dam örtüyü qopub, avtomobillərin şüşələri yararsız vəziyyətə düşüb.
Bundan başqa, sakinlərin həyətyanı sahələrində yetişməkdə olan meyvə-tərəvəzə ciddi zərər dəyib. 10 dəqiqə ərzində yağan dolu bəzi həyətlərdə olan ev quşlarının da tələf olmasına səbəb olub.
Doludan sonra yağan güclü leysan nəticəsində kənd ərazisindən keçən Xalxal çayında suyun səviyyəsi artıb, kənddaxili yollardan qısamüddətli sel keçib, bəzi yollar yararsız hala düşüb. Xalxal kənd orta məktəbinə gedən yolda çayın üzərindəki piyada körpüsü qəzalı vəziyyətə düşüb.
Hazırda rayonun müvafiq qurumları ərazidə leysan və dolu nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
#Oğuz teqi istifadə olunub
- “Kimsə yiyəlik etsə...” | Oğuz stadionu görün nə halda qalıb - Baku TV
- Oğuzda anadangəlmə fiziki məhdudiyyətli qızın ailəsi kömək istəyir - Baku TV
- Oğuzda məhdudiyyətli qızın ailəsinin çarəsiz çağırışı - Baku TV CANLI
- Park, ya xarabalıq? | "Burada yaşamıram, qonağam" | 15 illik parkın acınacaqlı sonu - Baku TV
- "Böyük narazılıq var" | Bu parkı görənlər gözlərinə inanmaq istəmir - Baku TV
