Ölkə ərazisində hava necə olacaq? - Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
Bildirilib ki, cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 6-9 dərəcə isti olacağı ehtimal olunur.
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə əksər yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 6-11, dağlıq ərazilərdə isə 0-5 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
