Ölümlə üz-üzə qalan fəhlələr
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Gəncə prospektində inşa edilən binada fəhlələrin fərdi mühafizə vasitələri olmadan, ölümün bir addımlığında işləmələri ilə bağlı görüntülər müzakirəyə səbəb olub.
Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün əraziyə gedib. Tikinti şirkətinin mühafizəçisi sözügedən məsələ ilə bağlı heç bir suala cavab verməyib.
İş icraçısı olduğu deyilən Tahir adlı şəxs isə Baku TV-yə açıqlamasında işçilərin yas yerində olduğunu desə də, məlum olub ki, əməkdaşlar işlərini davam etdirir. O, həmçinin binanın hansı MTK-ya aid olduğunu bilmədiyini deyərək sualdan yayınıb.
Nəzərə alsaq ki, tikinti təhlükə riski yüksək olan sahədir, bəs o zaman təhlükəsizlik qaydalarına niyə riayət edilmir? Fəhlələrin təhlükəsizliyi niyə təmin olunmayıb?
#Bina tikintisi teqi istifadə olunub
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Qorxuludur, yığışıblar burada..." | Narazılıq yaradan tikili | "Xanım, pulunu vermişik!" - Baku TV
- "Üçmərtəbəli bina tikəcəyik" dedilər, görün nə oldu | Sakinlər şikayət edir - Baku TV
- “Üzümə necə at kimi dirənmisən?!” | Sakinlər ayağa qalxdı: “Bu qədər adamı təhqir edirsən” - Baku TV
- "Əl-qolla danışma, eşitdin?" | Xırdalanda davaya səbəb olan qalmaqal - Baku TV
