Pleyeri seçin:

“Üzümə necə at kimi dirənmisən?!” | Sakinlər ayağa qalxdı: “Bu qədər adamı təhqir edirsən” - Baku TV

16 iyul 2026 409 baxış

“Olympus Botanic Garden” şirkəti 2021-ci ildə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 172 ünvanında iki çoxmərtəbəli binanın tikintisinə başlayıb. Sakinlərə binanın 2023-cü ildə təhvil veriləcəyi vəd olunsa da, artıq 2026-cı ildir və tikinti işləri hələ də tam yekunlaşmayıb. Buna baxmayaraq, bəzi vətəndaşlar mənzillərə köçərək yarımçıq binada yaşamağa məcbur qalıblar.

Sakinlərin sözlərinə görə, binalarda yaşayış üçün normal şərait yaradılmayıb və çoxsaylı problemlər mövcuddur.

“Biz bu binaya yanvar ayında köçmüşük, amma tikinti tam başa çatmayıb. İkinci binada, ümumiyyətlə, elektrik xətləri çəkilməyib. Buna görə də “Azərişıq” ASC sayğac quraşdıra bilmir. Bu isə bizi böyük borc yükü altında qoyur. Yaşayış üçün normal şərait yoxdur. Hətta aşağı mərtəbələrin pəncərələri belə quraşdırılmayıb. Kanalizasiya sistemi normal çəkilməyib, qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanallar isə yararsız vəziyyətdədir”, – sakinlərdən biri bildirib.

Digər sakin isə binada uşaqların təhlükəsizliyi üçün heç bir şəraitin olmadığını deyib:

“Vəziyyət acınacaqlıdır. Uşaqlar evdə sanki həbs həyatı yaşayırlar. Təhlükəsizlik təmin edilməyib, şaxta qapıları belə yoxdur. Uşaq oraya düşüb xəsarət alsa və ya həyatını itirsə, bunun məsuliyyətini kimin daşıyacağını bilmirik. Şirkətdə əlaqə saxlaya biləcəyimiz məsul şəxs yoxdur. Dəfələrlə müraciət etmişik, amma heç kim bizimlə görüşmür”.

Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Azər Çələbiyev isə binada ciddi problemin qalmadığını bildirib:

“Orada böyük problem qalmayıb. Sadəcə, həyətin abadlaşdırılması başa çatmayıb. Həyət düzəldiləcək, vəssalam. Başqa problem yoxdur”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 409 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 409 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 409 baxış
Seçilmişlər
icon