Pleyeri seçin:

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

25 oktyabr 2026 28 baxış

Sosial şəbəkələrdə peşə təhsili sistemində bir sıra problemlərin olduğu ilə bağlı iddialar yayılıb. Xüsusilə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirildiyi, namizədlərin seçim prosesindən narazı qaldığı iddia olunur.

Məlumatlara görə, işə qəbul prosesindəki problemlər nəticəsində yüzlərlə vakant ştat boş qalıb. Bunun isə tələbələrin tədris prosesinə mənfi təsir göstərdiyi bildirilir. Hətta bəzi peşə təhsili müəssisələrində müəllim çatışmazlığı səbəbindən bir neçə qrupun eyni sinifdə birləşdirildiyi iddia olunur.

Narazılıq doğuran digər məsələ isə əməkhaqları və tələbə təqaüdlərinin gecikməsidir. Bildirilir ki, müəllimlər, istehsalat təlimi ustaları və texniki işçilər sentyabr ayı üzrə əməkhaqlarını vaxtında ala bilməyiblər.

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət peşə təhsili müəssisələrində müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi müvafiq qaydalara uyğun həyata keçirilir.

Agentliyin açıqlamasında qeyd olunub ki, prosesin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə işə qəbul mərhələsi təsdiq edilmiş qaydalara uyğun təşkil edilir. Müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirilməsi ilə bağlı daxil olan müraciət və şikayətlər aidiyyəti üzrə araşdırılır, onlara qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır.

Konkret iddialar üzrə araşdırmaların aparılıb-aparılmaması və onların nəticələri barədə məlumatın müvafiq araşdırma materialları və rəsmi məlumatlar əsasında təqdim edilə biləcəyi bildirilib.

Agentlikdən həmçinin qeyd olunub ki, müəllim vakansiyalarının əksəriyyəti tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə həmin müəssisələrdə çalışan, təhsili və ya əmək stajı müvafiq vakansiyanın tələblərinə uyğun olan müəllim və istehsalat təlimi ustalarına həvalə edilməklə təmin olunur.

Vurğulanıb ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, hər yeni tədris ilinin əvvəlində yeni müəllim və usta heyəti, eləcə də şəbəkə məlumatları əsasında əməkhaqlarının müəyyənləşdirilməsi məqsədilə yeni tarifləşmə və dərs cədvəlləri hazırlanır.

Agentliyin məlumatına görə, bu il də müvafiq proses çərçivəsində az sayda peşə təhsili müəssisəsində yalnız yeni işə qəbul olunmuş müəllim və ustaların sentyabr ayının son 15 günü üçün hesablanmış əməkhaqlarının ödənilməsində müəyyən edilmiş qrafikdən kənarlaşma yaranıb.

Bildirilib ki, həmin əməkdaşlara ödəniş məsələsinin oktyabrın 23-dək həll olunması nəzərdə tutulub.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 28 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 28 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 28 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 28 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 28 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 28 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 28 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 28 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 28 baxış
Balaxanıda keçirilən "Balqabaq Festivalı" ziyarətçilərə maraqlı anlar yaşadır - Baku TV

Balaxanıda keçirilən "Balqabaq Festivalı" ziyarətçilərə maraqlı anlar yaşadır - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 28 baxış
Seçilmişlər
icon