Pleyeri seçin:
Oqtay Əliyev vəfat etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış prodüser, Əməkdar mədəniyyət işçisi, "SOY production”ın rəhbəri Oqtay Əliyev vəfat edib. O, martın 22-də, təxminən saat 18:00 radələrində avtomobil qəzasına düşərək həyatını itirib.
Məlumata görə, yol-nəqliyyat hadisəsi Abşeron rayonu ərazisində baş verib. Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb.
Qeyd edək ki, Oqtay Əliyev tanımış aktrisa, Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, televizya aparıcısı Elçin Əlibəylinin qardaşıdır.
Kopyalandı
