Ordumuz genişlənir: çağırışçıların qəbulu prosesi davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşların 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Prezidentin müvafiq Sərəncamının icrası ilə bağlı Ordumuzun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.
Müdafiə Nazirliyinin məlumatına görə, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin edilirlər.
Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yüksək kalorili yeməklər hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir.
Çağırışçılara hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam qaydaları barədə ətraflı məlumat verilir, təhlükəsizlik qaydaları çatdırılır, maarifləndirici və fərdi söhbətlər aparılmaqla onların psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq keçirilən fərdi hazırlıq məşğələlərində onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
#Hərbi xidmətə çağırış teqi istifadə olunub
- Agentlik sədri "Baku TV"nin sualını cavablandırdı - Baku TV
- Hərbi xidmətə çağırışla bağlı vacib xəbər | Bu şəxslər yenidən...
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
- İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
