Pleyeri seçin:
Ordumuz raketlərdən atəş açdı | Müdafiə Nazirliyi görüntülər yaydı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, hava hücumundan müdafiə bölmələrində döyüş atışları icra edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq döyüş heyətləri S-125 zenit-raket komplekslərinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirib.
Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ümumqoşun poliqonunda keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Döyüş atışlı təlimdə hava hücumundan müdafiə bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər.
Kopyalandı
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
