Ordumuzun yaranmasından 107 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan Ordusu həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü ordu hesab olunur.
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Artıq Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı uzun illər işğal altında saxlayan Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
#Silahlı Qüvvələr Günü teqi istifadə olunub
- Ordumuz Azərbaycan xalqının gücünü bütün dünyaya necə göstərdi? - Baku TV
- Ordumuzun qələbəsinin arxasında nələr dayanır? - "Elə bir dərs aldıq ki..." - Baku TV
- "Hər şeyi onlara borcluyuq" | Sakinlər Azərbaycan Ordusunun əzmindən danışdı - Baku TV
- Azərbaycan necə tarix yazdı? - 108 yaşlı ordumuzun əzmi "Haber Global"ın gündəmində - Baku TV
- 108 yaşlı Azərbaycan Ordusunun qurucuları | “Onun etdiyi kəşflərin mühüm əhəmiyyəti var” - Baku TV
