Pleyeri seçin:

Övladımın yaralanmasına sevinmişdim | 19 yaşında şəhid olan Elmar Nəbiyevin anası

29 sentyabr 2024 314 baxış

Baku TV Vətən müharibəsi şəhidi Elmar Nəbiyev haqqında reportaj hazırlayıb.

Oğlu ilə xatirələrindən danışan Çiçək Biləndərli E.Nəbiyevin şəhid olacağını əvvəlcədən hiss etdiyini deyib:

“Elmar avqustun 14-də qardaşımın oğluna şəkillərini yollayıb demişdi ki, Vətən uğrunda şəhid olsam, klip hazırlayarsan. Əkiz bacısı ilə həmişə dalaşırdı. Əsgər gedəndə bacısına “Aysel, mənim üçün o qədər darıxacaqsan ki” deyirdi. Sanki şəhid olacağını hiss etmişdi”.

O, oğlunun necə şəhid olmasından danışıb:

“Bizə dedilər ki, Elmar topuğundan yaralanıb. Sözün açığı, mən çox sevindim. Dedim, yaralanıbdı, müalicə alar, yəqin ki, ona kimi də müharibə qurtarar. Elmar Füzulidə ən qızğın nöqtədə idi. On gün biz onu axtardıq, Azərbaycanın bütün rayonlarını gəzdik. Elmar əsgərlikdə sinəsinə tac döyməsi etdirmişdi. Elmarın nəşini biz həmin döymə ilə tapdıq. Mənim balam 10 gün morqda yatıb. Elmargil Füzulidə ən ağır döyüşlərdə iştirak edib, Alxanlı ilə Qaraxanbəyli arasında olan postu azad ediblər. Onu təxliyə edən oğlan bizə gəlmişdi. Soruşdum ki, Elmarın axırıncı sözü nə olub? Oğlan “Elmarın huşu özündə olmayıb. Biz onu torpağın altından qazıb çıxardıq” dedi”.

Ç.Biləndərli oğlunu şəhid olandan sonra dəfələrlə yuxuda gördüyünü deyib:

“Deyirdim, Elmara bir şey olsa, onsuz yaşaya bilmərəm. Amma indi dörd ildir ki, Elmarsız yaşayıram. Necə yaşadığımı bir Allah bilir. Şəhid olandan sonra dəfələrlə yuxuma gəlib. Hər dəfə yuxuma gələndə “ana, mən sağam, ölməmişəm” deyir”.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 314 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 314 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 314 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 314 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 314 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 314 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 314 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 314 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 314 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 314 baxış
Seçilmişlər
icon