Özü ilə danışmağı bacaranlara şad xəbər | Professordan maraqlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Özünüzlə yüksək səslə danışmaq normaldır və hətta bəzən faydalıdır. Belə vərdiş problemlərin və mürəkkəb tapşırıqların həllini asanlaşdırır.
Amerikalı professor Qari Lupyan bu qənaətdədir. O, nəzəriyyəsini sübut etmək üçün bir araşdırma aparıb. Lupyan könüllülərə bir sıra təsadüfi fotoşəkillər göstərib və onlardan ən diqqətəlayiq əşyaları tapmağı xahiş edib. Məlum olub ki, iştirakçılar axtarılan obyektin adını ucadan səsləndirəndə onu daha tez tapıblar.
Alimin sözlərinə görə, obyektin adını ucadan söyləmək axtarış prosesi zamanı onun vizual görüntüsünü şüurda aktiv saxlamağa kömək edir.
Bundan əlavə, öz-özünə danışmaq əlavə motivasiya verə bilər. Çünki bu, insana xüsusən də çoxlu müxtəlif hərəkətlər tələb edən bir vəziyyətdə konkret tapşırığı yerinə yetirməyə diqqətini cəmləməyə imkan verir.
