Pleyeri seçin:
Parkda döyülən Aşıq Namiq zəngləri cavabsız qoydu
Aşıq Namiq Fərhadoğlu döyülüb. Məlumata görə, hadisə Bakının Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib.
Belə ki, Aşıq Namiq parkda gəzən 56 yaşlı qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs qarşılıqlı şəkildə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayətlə müraciət edib.
Məlumat üçün bildirək ki, bu, məşhur sənətçi haqqında oxşar hadisələrlə bağlı yayılan ilk xəbər deyil. Belə ki, Aşıq Namiqin adı bundan əvvəl də bir neçə dəfə müxtəlif xanımlarla, təcavüz iddiaları ilə hallanıb.
Kopyalandı
#Aşıq Namiq Fərhadoğlu teqi istifadə olunub
