Partlayış baş verən binada son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar şəhərinin Heydər Əliyev prospektində beşmərtəbəli yaşayış binasında baş verən partlayışın nəticələri tədricən aradan qaldırılır.
Hazırda bina polis mühafizəsində olsa da, birinci blokda yaşayan sakinlər köçürülür.
Qeyd edək ki, 37 ailənin yaşadığı bina 1977-ci ildə inşa edilib. Hazırda binada yaşayış dayandırılıb. Evlərinə ziyan dəyən mənzil sahibləri istifadə edilməsi qismən mümkün olan əşyalarını toplamağa çalışırlar.
Həmçinin binaya verilən bütün kommunkasiya xətləri də dayandırılıb. Biləsuvar Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər qrafikə uyğun şəkildə davam etdirilir.
Partlayış faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
