Pleyeri seçin:

Pişik dişləyən uşaq 4 ay sonra görün hansı hala düşdü | "Belə gəzməkləri təhlükəlidir" - Baku TV

15 avqust 2026 277 baxış

Türkiyənin Diyarbəkir şəhərində dörd yaşlı qız uşağı küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib. Uşaqda quduzluq virusu təsdiqlənib və o, süni tənəffüs aparatına qoşulub.

Məsələ ilə bağlı həkim, professor Adil Qeybulla bildirib ki, sahibsiz heyvanlar quduzluq baxımından ciddi təhlükə mənbəyidir:

"Avropa ölkələrində küçədə sahibsiz pişik və ya itə rast gəlməzsiniz. Onların hamısı evdə, baytar nəzarəti altında saxlanılır. Türkiyədə və bizdə isə küçələrdə sahibsiz heyvanlar gəzir. İstənilən halda həmin heyvanlar quduzluğa yoluxa bilər. Quduzluq zamanı mərkəzi sinir sistemində ağır dəyişikliklər baş verir və heyvanlar insanlara hücum edir".

Professor vurğulayıb ki, heyvan dişləməsi zamanı vaxt itirmədən həkimə müraciət olunmalıdır:

"İstənilən heyvan dişləməsi və ya cırmaqlaması zamanı zərərçəkən mütləq xəstəxanaya çatdırılmalı, ona quduzluq əleyhinə vaksin vurulmalıdır. Bu peyvənd profilaktik məqsədlə edilir, çünki heyvanın quduz olub-olmadığı dərhal məlum olmur. Lakin peyvənd böyük bir təhlükənin qarşısını alır. Çünki xəstəlik artıq klinik əlamətlərlə büruzə verdikdən sonra onun müalicəsi təəssüf ki, mümkün olmur".

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 277 baxış
Seçilmişlər
icon