Pleyeri seçin:

Polis Ağcabədidə əməliyyat keçirdi

13 aprel 2023 308 baxış

Ağcabədidə polislər saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, aprelin 9-da Ağcabədidə yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib, satıcı sonradan həmin pulun saxta olmasını bilib və bu barədə polisə məlumat verib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxta əsginasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov qısa zamanda müəyyən edilib. Detallı araşdırmalarla onun həmin əsginası həmyerlisi və qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub.

Əməliyyatın davamında Rahib Zeynalov qəsəbə ərazisində işlədiyi foto studiyasında elə iş başında, saxta əsginas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin obyektə baxış keçirilən zaman 5 ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq və 5 ədəd 10 manatlıq saxta əsginaslar, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb.

Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Kopyalandı
DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 308 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 308 baxış
Seçilmişlər
icon