Şirvanda saxta dollar satan dəstə üzvlərinin etirafı
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əsginaslar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində saxta əsginasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Hava limanı yolunda dəyişiklik | Elektron tabloların götürülməsinə səbəb nədir? - ƏSAS XƏBƏR
- DİN-dən hava limanında sürücüləri çaşbaş salan vəziyyətlə bağlı açıqlama - Baku TV
- Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV
- Paytaxtda avtobusların hərəkəti necə asanlaşacaq? - Baku TV CANLI
- Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV
