Pozulan xətlər təhlükəli vəziyyət yaradıb
Yeniliklərdən dərhal xəbərdar olun
Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın bəzi küçələrində yol xətləri silinib.
Yarışın bitməsindən xeyli müddət keçsə də, nişanlar bərpa olmayıb. Nəticədə hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.
Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Araz Əsgərli bildirib ki, paytaxt ərazisində, xüsusilə də Formula 1 treki istiqamətində bütün yol nişanları və işıqfor qurğuları yol hərəkəti qaydalarına uyğun olaraq hərəkəti tənzimləyir.
Araz Əsgərli onu da qeyd edib ki, heç bir yerdə, xüsusilə nişan olmayan ərazilərdə heç kəsə nişanın tələbi pozulduğu üçün cərimə yazıla bilməz.
Məsələ ilə bağlı BNA-dan verilən məlumata görə, mayın 16-dan bu istiqamətlərdə işə başlanılıb. Artıq Niyazi və İstiqlaliyyət küçələrində müəyyən işlər görülüb. Yol nişanları bir neçə günə bərpa ediləcək.
#Formula 1 teqi istifadə olunub
- Sürət və taktika mübarizəsinin qalibləri mükafatlandırıldı - Baku TV
- Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV
- Formula 1 könüllüləri Bakıda tarix yazır
- "Həm işləyirlər, həm əylənirlər" | Yarışdakı komfortun altında hansı əziyyət dayanır? - Baku TV
- Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV
