"Pul veririk, yenə gəlmirlər" | Zibil konteynerləri ilə bağlı niyə ciddi problemlər var? - Baku TV
Son günlər məişət tullantılarının atılması üçün nəzərdə tutulan zibil konteynerləri ilə bağlı şikayətlər artır.
Bu məsələdə sakinlər təbii olaraq müvafiq qurumlara üz tuturlar. Zibil konteynerlərinin yerləşdirilməsi və məişət tullantılarının ərazilər üzrə toplanmasının təşkili məsələləri müvafiq yerli icra və kommunal xidmət strukturlarının səlahiyyətlərinə aiddir.
Məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, artıq bir neçə ildir Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihənin icrası uğurla həyata keçirilir. Bu çərçivədə şəhər ərazisində tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb. Meydançalara yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb.
Qeyd olunub ki, meydançalar əsasən uzun illər öncə xüsusi ayrılmış yerlərdə yaradılıb. Həmçinin əhalinin sıxlığı nəzərə alınaraq ərazilərdə monitorinqlər aparılır və tələbata uyğun yeni meydançalar yaradılır. Həmçinin bəzi hallarda mövcud meydançalarda konteyner sayı çoxaldılır.
#Zibil qutuları teqi istifadə olunub
- Yeşiklər qıfıllı, zibillər isə küçədə | Zibil qutularını kim və nə üçün qıfıllayıb? - Baku TV
- Ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub - Baku TV
- Qobustanda yaşayan bir qrup sakin yerə tökülən zibillərdən cana yığıldı - Baku TV
- Yol çökməyib, siz "səhv" görürsünüz | Bu problemlərə görə insanlar başını itirir - XÜLASƏ
- "Yazıqlar divara dırmaşırlar" | Albalı bağlar yaşayış massivində acınacaqlı vəziyyət - Baku TV
