Pleyeri seçin:

"Yazıqlar divara dırmaşırlar" | Albalı bağlar yaşayış massivində acınacaqlı vəziyyət - Baku TV

17 yanvar 2026 592 baxış

Albalı bağlar yaşayış massivində sakinlərin problemləri bitmək bilmir.

Onlar bildirirlər ki, ərazidə nə kanalizasiya sistemi, nə də içməli su xətti mövcuddur. Həmçinin yaşayış massivində işıq dirəkləri və zibil konteynerləri də yoxdur.

“İki gün yağış yağdı, yollar bərbad vəziyyətə düşdü. Yazıq uşaqlar məktəbə gedəndə az qalır ki, divara dırmaşsınlar”, – vətəndaşlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib: “Şikayət etsək də, gəlib baxan yoxdur. Burada zibil qutuları, içməli su mövcud deyil”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurumun mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastrukturun qurulması və subasma hallarının qarşısının alınması məqsədilə tikinti-quruculuq işləri aparılır:

“Sözügedən ərazidə də tullantı su təchizatı mərhələli şəkildə qurulacaq”.

Sıradan çıxan yolların nə zaman düzəldiləcəyi, ərazinin işıq dirəkləri və zibil konteynerləri ilə təmin olunması məsələsi ilə bağlı isə Sabunçu Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağada da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.

Bildirilib ki, Maştağa qəsəbəsi, 49-cu Maştağa küçəsində yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Həmçinin küçə işıqlarının quraşdırılması ilə bağlı “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Sabunçu təmir-bərpa sahəsinə, məişət tullantılarının atılması üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi üçün isə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilib.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 592 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 592 baxış
Seçilmişlər
icon