Pleyeri seçin:

Pulsuz qalan işçilər özündən çıxdı: “Gah deyirlər ki, bu gün vururuq, gah da...” - Baku TV

28 aprel 2026 559 baxış

“Yol Tikinti Servis” MMC-də çalışan bir qrup şəxs aylardır əməkhaqqını ala bilməməkdən şikayət edir.

Ağır materialların daşınması ilə məşğul olan şirkətdə sürücü və digər texniki işlərdə çalışan şəxslərin sözlərinə görə, ödənişlərin verilməsi beş aya yaxındır ki, müxtəlif bəhanələrlə yubadılır.

Şikayətçilərdən biri bildirib ki, il yarım həmin müəssisədə çalışsa da, hazırda 1300 manat alacağını ala bilmir. O həmçinin heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını və artıq altı aydır ki, ödənişlə bağlı boş vədlər verildiyini vurğulayıb.

Məsələ ilə bağlı “AzerGold” QSC-nin şöbə müdiri Ariz Tarverdiyev qeyd edib ki, səhmdar cəmiyyəti ilə “Global Mining” MMC arasında 6 dekabr 2022-ci il tarixində imzalanmış müqavilənin qüvvədə olma müddəti cari ilin 6 fevral tarixində başa çatıb:

“Global Mining” MMC qeyd olunan müqavilə çərçivəsində “AzerGold”un Göygöl rayonunun Tülallar kəndində yerləşən eyniadlı qızıl mədənində süxur daşıma və digər əlaqəli işləri podratçı qismində icra edib. Görülmüş işlərə görə bütün ödənişlər “AzerGold” tərəfindən tam şəkildə və nəzərdə tutulmuş müddətdə həyata keçirilib. Hazırda adıçəkilən şirkətlə hər hansı aktiv müqavilə və ya borc öhdəliyi yoxdur”.

Ariz Tarverdiyev vurğulayıb ki, “Global Mining” MMC-nin öz subpodratçıları və ya əməkdaşları qarşısında yarana biləcək hər hansı öhdəlikləri “AzerGold” QSC-yə aid deyil və şirkət bu kimi hallara görə məsuliyyət daşımır:

“Eyni zamanda müqavilənin hüquqi qüvvəsinin başa çatması səbəbindən qeyd olunan məsələ ilə bağlı hər hansı təsir və ya müdaxilə imkanları da mövcud deyil”.

Banner
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 559 baxış
"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Cəmiyyət
07 noyabr 2026 559 baxış
Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 559 baxış
Seçilmişlər
icon