Qadınlara xaricə getməyə icazə verməyən ölkə hansıdır? | Dəhşətli statistika açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Qadınlar üçün Sülh və Təhlükəsizlik İndeksinə görə, 2023-cü ildə 177 ölkə arasında ən pis nəticələri Yaxın Şərq və Afrika ölkələri göstərib.
Ən yüksək reytinqə malik ölkə Danimarka olub. Bu ölkə qadınların maliyyə məsələlərində, həmçinin parlamentdə təmsilçiliyində və onlara qarşı hüquqi ayrı-seçkiliyin olmamasında fərqlənib. Ondan sonra İsveçrə və İsveç gəlir.
Ən yaxşı ölkələr qrupu aşağı ana ölümü, yüksək təhsil səviyyəsi və qadınlara qarşı siyasi zorakılığın olmaması ilə xarakterizə olunur.
Postsovet ölkələrindən Gürcüstan 39-cu, Ermənistan 48-ci, Türkmənistan 58-ci, Qazaxıstan 70-ci, Azərbaycan isə 97-ci pillədə qərarlaşıb.
Bununla belə, qadınlara xarici ölkə vətəndaşı ilə ailə qurmasına, ölkə xaricinə getmələrinə icazə verməyən Türkmənistannın belə hüquq məhdudlaşdırmalarına yol verməyən Azərbaycandan öndə olması müəmmalıdır.
Reytinq cədvəli tərtib olunarkən aşağı ümumi balların əsas amilləri yüksək ana ölüm nisbətləri, aşağı təhsil dərəcələri və tərəfdaş zorakılığının artması olub. Münaqişələrə yaxınlıq da mənfi qiymətləndirmələrə nəzərəçarpacaq dərəcədə təsir edib.
Qadınlar üçün ən pis ölkələr kimi Əfqanıstan və Yəmən tanınıb. Siyahıya həmçinin Mərkəzi Afrika Respublikası, Konqo, Cənubi Sudan, Burundi, Suriya, Esvatini, Somali və İraq daxil edilib. Onu da qeyd edək ki, Yeni Zelandiya istisna olmaqla, qadınlar üçün ən yaxşı 10 ölkədən 9-u Avropadadır.
