Pleyeri seçin:

Qalmaqal: Restoranlar müştəriləri aldadır? - “Bəlkə, kiminsə cibində o qədər yoxdur?!” - Baku TV

03 aprel 2026 532 baxış

Çox vaxt müştərilərlə restoran işçiləri arasında anlaşılmazlıqlar yaşanır. Bir çox vətəndaş servis haqqı barədə əvvəlcədən məlumatlandırılmadığını, bəzən isə menyuda göstərilən qiymətin hesab zamanı daha yüksək təqdim olunduğunu iddia edir. Sosial şəbəkələrdə də bu kimi problemlərlə üzləşən müştərilərin paylaşımlarına tez-tez rast gəlinir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Ən çoxu 5 manat artıq gəlir xidmət haqqı. Harasa gedəndə 10 manat artıq pul götürürəm, bilirəm ki, üstünə xidmət haqqı da əlavə olunacaq”, – sakinlərdən biri bildirib.

“Düzgün deyil. Ola bilər ki, kiminsə cibində o qədər pul olmasın”, – başqa bir sakin qeyd edib.

Bəs müştəriyə əvvəlcədən xəbər verilmədən menyu qiymətlərində dəyişiklik edilirsə və ya servis haqqı barədə məlumat təqdim olunmursa, bu halda müştəri nə etməlidir?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, restoran və kafelərdə istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu vasitəsilə çatdırılmalıdır:

“Restoran və kafelərdə təqdim olunan xidmət və məhsulların qiyməti menyuda göstərilən məbləğ əsasında müəyyən edilir və hesablaşmalar həmin qiymətlərə uyğun aparılmalıdır. Menyuda qeyd olunan qiymətlərdən fərqli məbləğin tələb edilməsi istehlakçıların malın və ya xidmətin hesabına dair aldadılması hesab olunur. İnzibati Xətalar Məcəlləsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın və ya xidmətin hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək cərimə edilir”.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 532 baxış
Seçilmişlər
icon