Qar yağacaq, külək əsəcək, yollar buz bağlayacaq | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yanvarın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 3-5 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 5-9 dərəcə isti, dağlarda isə 0-5 dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
