Pleyeri seçin:

“Qara bazar"da dəyəri 13 milyonluq 243 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb

30 iyun 2023 118 baxış

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirdikləri əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə – heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin, eləcə də 5 300 ədəd metadon həbi çıxarılıb. Narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə 183 ədəd çətənə kolu, 2 ədəd odlu silah, 17 patron və 1 ədəd əl qumbarası aşkar edilib.

Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar. Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psoxotrop maddə olan metamfetamin aşkarlanıb.

Habelə qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1 200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı isə İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3 000 ədəd metadon həbi aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Cəmiyyət
17 dekabr 2025 118 baxış
Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 118 baxış
Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 118 baxış
Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Cəmiyyət
17 dekabr 2025 118 baxış
Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Cəmiyyət
17 dekabr 2025 118 baxış
Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Cəmiyyət
17 dekabr 2025 118 baxış
11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

Cəmiyyət
17 dekabr 2025 118 baxış
30 illik işğalın izlərini göstərən 25 əsər | Tanınmış rəssam Nigar Helminin fərdi sərgisi keçirilib

30 illik işğalın izlərini göstərən 25 əsər | Tanınmış rəssam Nigar Helminin fərdi sərgisi keçirilib

Cəmiyyət
17 dekabr 2025 118 baxış
“Ömrünü uzatmaq istəyən Qarabağa gəlsin!” | Laçın, Xocavənd və Ağdama növbəti köç - Baku TV

“Ömrünü uzatmaq istəyən Qarabağa gəlsin!” | Laçın, Xocavənd və Ağdama növbəti köç - Baku TV

Cəmiyyət
17 dekabr 2025 118 baxış
Bu avtobus sizi 2026-ya aparacaq! - Bakıda “Santa Bus” fəaliyyətə başladı - Baku TV

Bu avtobus sizi 2026-ya aparacaq! - Bakıda “Santa Bus” fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
17 dekabr 2025 118 baxış
Seçilmişlər
icon