Qarabağda yenidənqurma işlərinə böyük sərmayə
“Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər”.
Bu sözləri Prezident İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
“Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub”, - deyə Prezident qeyd edib.
Dövlət başçısı işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Quba-Xəzəryanı üzrə qanunu imzaladı | Neft və qaz kəşfiyyatı genişlənir - Baku TV
- Energetika, mədənçilik və kənd təsərrüfatında imkanlar müzakirə edilib - Baku TV
- Azərbaycan və Laos mina təhlükəsinə qarşı təcrübə mübadiləsi aparacaq - Baku TV
- Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq | İlham Əliyev - Baku TV
- Azərbaycan investisiyaları yeni iş yerləri və istehsal sahələri yaradır - Baku TV
