Qarabağlardan olan 95 yaşlı Bahar nənə doğma yurdun həsrətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
5 uşaqlı ailənin böyük övladı olan Bahar kimi çoxları da bilmirdi ki, ac-susuz, vaqonlarında donaraq getdikləri naməlum istiqamət onları doğma Vedidən, Qarabağlardan uzaqlaşdırır.
95 yaşlı Bahar nənə 1948-ci ildə qərbi azərbaycanlıların növbəti deportasiyasını belə xatırlayır: “Belə xəbər çıxdı ki, bizi qovub Fransa ermənilərini bura yerləşdirəcəklər. Ermənilər bizi vəhşi kimi vaqonlara doldurdular, heç nəyimizi götürə bilmədik. Stansiyada dayananda çırpı yığıb gətirərək vaqonda yandırırdıq. Ermənilər həmişə bizə xainlik edirdilər”.
Deportasiya olunan bir çox Qərbi Azərbaycan ailələri, o cümlədən Bahar Əhmədovanın da ailəsi Biləsuvarın Bağbanlar kəndinə sığınır. İndi Bahar nənə kimi el-obasından didərgün düşən on minlərlə insanın qəlbi doğma yurd yerinə dönmək ümidi ilə döyünür.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
