Qarlı hava ilə bağlı hansı tədbirlər görülür? - Əhaliyə çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qar yağacağı, küləyin güclənəcəyi gözlənilir.
Adətən paytaxtda nadir hallarda müşahidə edilən qarın yağması bir çox problemləri də özü ilə gətirir. Görəsən, bu il Bakı qara hazırdırmı?
Məsələyə münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həmin günlərdə şəhər və rayon kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Həmçinin qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.
Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhalini nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanan qızdırıcı cihazlardan istifadə etməməyə çağırıb:
“Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur”.
#Bakı Şəhər İcra Hakimiyyəti teqi istifadə olunub
- BŞİH-in qarşısında civəli termometr bərpa edilib
- Uzun illər şəhərin tanınan elementlərindən olan civəli termometr yenidən köhnə yerində - Baku TV
- Yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün texnikalar cəlb olunub - Baku TV
- Bakıda vəziyyət nəzarətdən çıxdı | Qurumlar gücləndirilmiş iş rejiminə keçdi - Baku TV
- Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi
