Qatarlarda hava şəraitinə görə hansı tədbir görüldü? | ADY-dən xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar”, – məlumatda bildirilib.
#Əlverişsiz hava teqi istifadə olunub
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Sakinlərə xəbərdarlıq: Paytaxtda hava kəskin dəyişəcək? - Baku TV CANLI
- Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI
- İmtahan əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb - Baku TV
- "İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV
