Qatarların hərəkətində ləngimə yarandı | ADY səbəbləri açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dəmir Yolları” ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Qeyd olunub ki, güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.
“Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, ‒ məlumatda bildirilib.
#Qatarların gecikməsi teqi istifadə olunub
- “Hadisə “İçərişəhər”in girişində oldu” | Metropoliten rəsmisi səbəbi açıqladı - Baku TV
- Bakı metrosunda qatarların hərəkətində problem yarandı | Sərnişinlər yolda qaldı - Baku TV CANLI
- Xətai rayonunda niyə işıq kəsilib? | Qurumdan təcili açıqlama
- Metrodakı qatarların ləngimə səbəbi məlum oldu | Əməkdaşımız ən son məlumatları çatdırdı
- Bakı metrosunda hansı problemlər yarandı? | Qurumdan təcili açıqlama
