Pleyeri seçin:

Qaydalarla bağlı sürücülərə xəbərdarlıq | Cərimələr nə qədər artırılır?

12 iyun 2024 710 baxış

İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə cərimələr artırılır. Başqa sözlə, “qırmızı”da keçən sürücülər 100 manatlarından keçməli olacaqlar.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Hazırda bu məbləğ 80 manatdır.

Təklif olunan digər dəyişikliyə görə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləği 100 manatdan 200 manatadək artırılır. Daha bir dəyişikliklə Məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş xəta təkrar törədildiyi halda cərimənin məbləği 300 manatdan 400 manata qaldırılır.

Bundan əlavə, qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə də yeni cərimələr müəyyənləşir.

Təklif edilir ki, fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilsin və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunsun, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə olunsun.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan digər dəyişikliyə görə, parklanma qaydalarının pozulmasına görə 20 manat cərimə tətbiq ediləcək. Eyni zamanda yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının istifadəsində olan və onların əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat cərimə tətbiq olunacaq.

Velosiped yollarında hərəkət edəcək sürücüləri isə 100 manat cərimə gözləyir. “Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişikliyə görə isə 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə veriləcək.

Banner
Bu tarixdən ölkə ərazisində hava kəskin dəyişir? - Baku TV CANLI

Bu tarixdən ölkə ərazisində hava kəskin dəyişir? - Baku TV CANLI

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
Vəfat edən insanları onların robot kopiyaları əvəzləyə bilərmi? - Baku TV

Vəfat edən insanları onların robot kopiyaları əvəzləyə bilərmi? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
"Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV

"Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
Ballistik raket zərbəsi Gəncəyə necə dəhşət saçdı? - Hücumdan 6 il ötdü... - Baku TV

Ballistik raket zərbəsi Gəncəyə necə dəhşət saçdı? - Hücumdan 6 il ötdü... - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 710 baxış
Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Cəmiyyət
07 oktyabr 2026 710 baxış
Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 710 baxış
Seçilmişlər
icon