Qayınana deyir ki, gəlin süpürgəmdir | Boşanmaların artmasında günahkar kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Müasir dövrdə boşanmaların sayı günü-gündən artır.
Cəmiyyətdə stereotip və baxışlar dəyişib. Statistika göstərir ki, nikaha xitam verənlərin əksəriyyəti gənclərdir. 2024-cü ilin ilk 10 ayında boşanmaların sayı nikahlardan daha çox olub.
Statistika Komitəsinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Tünzalə Qarayeva bildirib ki, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinə rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 073 nikah və 17 907 boşanma halı qeydə alınıb:
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşmüş, boşanmalar isə dəyişməyərək 2,1 səviyyəsində qalmışdır”.
Boşanmalara əsas səbəb narkomaniya, alkoqolizm, şiddət göstərilsə də, tərəflər arasında xarakterlərin uyğunsuzluğu və kənar müdaxilələrin də rolu danılmazdır.
Mediator Almaz Ağamuradova deyir ki, bəzi qadınların şan-şöhrət arzusu, kişilərin isə çox vaxt valideynlərinin istəyi ilə addım atması da boşanmaya səbəb olan başlıca amillərdən biridir.
“Sosial şəbəkələrdə bu qədər geniş cah-calalın göstərilməsi nəticəsində insanlar “məndə də niyə olmasın” deyirlər. Əslində, qayınana boşandırmır, oğlan xarakter cəhətdən yetişməyibsə, bu da ailənin dağılmasına səbəb olur”, – deyə o əlavə edib.
#Boşanma teqi istifadə olunub
- Cütlüklər arasında emosional uzaqlaşmanın şokedici səbəbi məlum oldu
- Boşanma ehtimalı yüksək olan dövrlər hansılardır?
- Evli olanda mənzil aldılar, boşanandan sonra pulu bölə bilmədilər - Baku TV
- Çində kişi 6 aylıq evlilikdən sonra arvadını məhkəməyə verdi
- Niyə boşandıqdan sonra qadınlar daha çox təhlükə altındadır? - AKTUAL GÜNDƏM
