Pleyeri seçin:

Qayınatama dözə bilmirdim | 16 yaşında evlənən şəkili xanım - O VAXTLAR

19 fevral 2025 575 baxış

“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı şəkili Şəfa Rəhimova olub.

Qohumu ilə evləndiyini deyən Ş.Rəhimova bildirib ki, bu, Şəkidə ənənə olub və indi də davam edir:

“Bizdə hamı qohumu ilə ailə qurub. Mən xalam oğlu ilə evlənmişəm. Xalam çox gözəl qayınana olub. Məni birinci kursda nişanladılar, 16 yaşında ərə getdim. Həyat yoldaşımın həm yaxşı, həm də pis tərəfləri var idi. Mühəndis işləyirdi, mədəni adam idi. O vaxtın kürəkənləri də hörmətcil idilər. İndi belə şey yoxdur. Yoldaşım hər şeyə görə “anamdan ayıbdır” deyir, arada hörmət saxlayırdı”.

Ailə həyatındakı çətinliklərdən bəhs edən Ş.Rəhimova zamanında yaşadığı problemlərə görə həyat yoldaşından ayrılmaq da istəyib.

“48 il yoldaşımla ailə olmuşuq. Birdən elə xasiyyəti üzə çıxırdı ki, deyirdim, səndə bu da var?! İndi ərə gedirlər ki, uşaq olsun, boşansınlar, kişi aliment versin. Mən buna mənasız həyat deyirəm. Dünyada ər çörəyindən şirin çörək tanımıram. Özüm neçə yerdə işləmişəm, amma yoldaşımın gətirdikləri daha dadlı gəlirdi.

O vaxtlar ailəyə müdaxilələr olmurdu. Bir dəfə hirslənmişdim, boşanmaq istəyirdim. Valideynlərim dedilər ki, bu, ailədir, dözməlisən. Qayınatam yaman olub, bəzi hərəkətləri olurdu ki, dözə bilmirdim. İndi düşünürəm, nə yaxşı ki, valideynlərim elə deyiblər”, – deyə o, sözlərinə əlavə edib.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 575 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 575 baxış
Seçilmişlər
icon