Qazi: Düşünürdük ki, Şuşanı ancaq təyyarələrlə ala bilərik | 44 GÜN ƏSGƏR RƏŞADLA
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “44 gün” verilişinin növbəti buraxılışı efirə gedib.
Verilişdə Vətən müharibəsi qazisi İlham Mehdiquliyev keçdiyi döyüş yolundan danışıb.
44 günlük müharibənin ilk günlərindən cəbhəyə yollanan qazi qeyd edib ki, onun adı səhvən şəhid olanların siyahısına düşüb: “Hərbi hissəyə göndərilən siyahıda mənim də adım var idi. Travmatologiya İnstitutunda olanda mənə zəng edib dedilər ki, neçə gündür elə bilirik, şəhid olmusan”.
İ.Mehdiquliyev Şuşanın azad edilməsi xəbərini aldığı andan da bəhs edib: “Tikişlərimin sökülməsi üçün hospitala qayıdanda hərbçilərdən biri ilə cəbhədəki vəziyyətdən danışarkən dedi ki, Şuşa artıq azad olunub. Şəhəri ancaq təyyarələrlə, artilleriya ilə ala biləcəyimizi düşünürdük. Ordumuzun Şuşanı kiçik çaplı silahlarla azad etməsi böyük şücaət idi”.
#Vətən müharibəsi teqi istifadə olunub
- “Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV
- "Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV
- 8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI
- "Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV
- Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV
