Pleyeri seçin:

Qəbələdə polislə azyaşlı arasında baş verən hadisənin əsl səbəbi

04 dekabr 2023 639 baxış

Qəbələdə polisə qarşı müqavimət göstərən şəxsin həbsi, o cümlədən yeniyetməyə zor tətbiq edən polisin daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı insidentin bəzi təfərrüatı ortaya çıxıb.

Yerli mediaya daxil olan məlumatlarda bildirilir ki, daxili işlər orqanlarından xaric edilən şəxs Qəbələ Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı polis serjantı Cavid Abbasovdur.

Bildirilib ki, hadisə baş verən gün – dekabrın 2-də Vəndam qəsəbəsində yerləşən restoranlardan birində 12 yaşlı uşağın doğum günü qeyd olunurmuş. Orada səs-küy olması səbəbindən əraziyə PPX əməkdaşları gəlib və tədbirin daha sakit keçirilməsini tələb ediblər. Bu isə məclis sahiblərinin narazılığına səbəb olub və ad günü olan uşağın atası Səxavət Ağayev və əmisi Eldəniz Ağayevlə polis əməkdaşları arasında mübahisə yaranıb.

Polis Səxavət və Eldəniz Ağayevləri polis şöbəsinə aparmaq üçün PPX avtomobilinə otuzdurub. Bu zaman 12 yaşlı uşaq polis əməkdaşını ağır sözlərlə təhqir edərək onlara daş atıb. Polis serjantı Cavid Abbasov isə əsəblərinə hakim ola bilməyib və vəzifə səlahiyyətlərini aşaraq yetkinlik yaşına çatmayan şəxsi yerə yıxaraq döyüb. Baş verən insidentlə bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.

Qeyd edək ki, Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, fakta görə cinayət işi qaldırılıb və 2 nəfər – Səxavət və Eldəniz Ağayevlər həbs edilib. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.

Banner
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 639 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 639 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 639 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 639 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 639 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 639 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 639 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 639 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 639 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 639 baxış
Seçilmişlər
icon