Qədim şəhərin modul tipli məktəbi | "Məktəbimizdən çox razıyıq" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin cəmiyyət bölməsində işğaldan azad edilmiş Kəlbəcər şəhərində fəaliyyət göstərən modul tipli məktəb və burada yaradılan təhsil şəraiti barədə reportaj təqdim olunur.
Süjetdə bildirilir ki, Kəlbəcər şəhərinin bərpası çərçivəsində təhsilin kəsilməməsi üçün ilk mərhələdə müasir standartlara cavab verən modul tipli məktəb istifadəyə verilib. Məktəbin direktoru İnqilab İsmayılov və şagirdlər yaradılan şəraitdən çox razı olduqlarını, dərslərin yüksək səviyyədə keçirildiyini vurğulayıblar. Qeyd olunur ki, bu müvəqqəti təhsil müəssisəsi bütün zəruri texniki avadanlıqlar və isitmə sistemi ilə təmin olunub. Eyni zamanda, reportajda 2026-cı ilin sentyabr ayında Kəlbəcərdə inşası davam edən 960 şagird yerlik əsas məktəb binasının istifadəyə verilməsinin planlaşdırıldığı diqqətə çatdırılır.
#Kəlbəcər teqi istifadə olunub
- Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV
- Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV
- Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV
- Kəlbəcərdə əmək bazarında yeni mərhələ | İş axtaranlar üçün yeni imkanlar - Baku TV
- Kəlbəcərdə mina partladı | Yaralının vəziyyəti açıqlandı - ANA XƏBƏR
