Qərbi Azərbaycana qayıdışla bağlı işlər start götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Müxtəlif illərdə ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və soydaşlarımız dədə-baba yurdlarından didərgin düşüblər. Elə buna görə də hazırda Azərbaycanın perspektivdəki siyasi kursunun əsasında Qərbi Azərbaycan həsrətinin bitməsi dayanır.
Bu ayrılığa son qoyulma mərhələsi də artıq start götürüb. Bununla bağlı Qərbi Azərbaycan İcması fəaliyyətə başlayıb. Qərbi azərbaycanlıların doğma torpaqlara qayıdışı məsələsinin həlli ilə bağlı xüsusi işçi qrup yaradılıb, vahid konsepsiya üzərində işə başlanılıb.
Bölgədə sülhün əsas təminatçısı olan Azərbaycan üçün əsas məqsəd bu prosesin maksimum dinc yolla həllini tapmasıdır. Lakin ermənilərin indidən kürkünə birə düşüb ki, azərbaycanlılar tarixi ədaləti bərpa etməyə hazırlaşır.
Bir fakt da bizə məlumdur ki, qərbi azərbaycanlılar öz torpaqlarından zorla çıxarılandan bu günədək həmin ərazilərin böyük hissəsində hələ də yaşayış yoxdur. O zaman ermənilərin hay-həşirinə də ehtiyac qalmır. Bizim torpaqlarımıza qayıdışımız ermənilərin məcburi kökü hesabına başa gəlməyəcək.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
